“Sadakatsiz” serialındakı Gönül rolu ilə geniş auditoriyaya tanınan məşhur türk aktrisa Gözde Seda Altuner son görünüşü ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, son aylarda arıqlaması ilə gündəmə gələn Altuner sosial media hesabında yeni fotolarını paylaşıb. Onu görənlər dəyişimi qarşısında təəccübləniblər.
Aktrisa bir müddət əvvəl verdiyi müsahibədə həkim nəzarəti altında iynədən istifadə etdiyini və bunun nəticəsində arıqladığını açıqlamışdı.
Gündən-günə daha da arıqlayan Altuner Şükran Ovalının çəkdiyi fotoları sosial media hesabında paylaşıb.
Aktrisanın paylaşımı qısa müddətdə çoxsaylı bəyənmə toplayıb. İzləyiciləri isə onun görünüşündəki dəyişikliklə bağlı “Sanki cavanlaşmısan” kimi çoxsaylı şərhlər yazıblar.
Gözde Seda Altunerin son görünüşü sosial mediada geniş müzakirə olunub.




Jalə Demokrat.az


