Şou-biznes Özəl

Dəbdəbəli tərzi gündəm oldu — Bir kadrda 91 milyon lirəlik detal (FOTO)

Dəbdəbəli tərzi gündəm oldu — Bir kadrda 91 milyon lirəlik detal (FOTO)

Türk aktrisa Melisa Aslı Pamuk son sosial media paylaşımı ilə maqazin gündəminin ən çox müzakirə olunan simalarından birinə çevrilib.

Demokrat.az xəbər verir ki, futbolçu Yusuf Yazıcı ilə evliliyini davam etdirən və ötən aylarda ana olmağın sevincini yaşayan Pamukun paylaşdığı fotoda yer alan dəbdəbəli detallar diqqət çəkib.

Qara atlas libası ilə kamera qarşısına keçən məşhur aktrisanın zərifliyi izləyiciləri tərəfindən bəyənilib. Fotodakı avtomobil, saat, çanta və brilyant üzük kimi əşyaların ümumi dəyərinin təxminən 91 milyon TL olduğu iddia edilib.

Melisa Aslı Pamukun poz verdiyi avtomobilin lüks avtomobil həvəskarlarına yaxşı tanış olan “Lamborghini Urus” olduğu bildirilib. Xüsusi narıncı-qara dəri üzlüyü ilə diqqət çəkən avtomobilin Türkiyədəki dəyərinin təxminən 70 milyon TL olduğu irəli sürülüb.

Məşhur aktrisanın geyimində ən diqqətçəkən aksesuarlardan biri də biləyindəki lüks saat olub. Saatın bazar dəyərinin təxminən 10 milyon TL olduğu iddia edilərkən, daşıdığı çantanın dəyərinin isə təxminən 1 milyon TL olduğu bildirilib.

Pamukun barmağındakı gözoxşayan təkqaş üzük də sosial mediada maraq doğurub. Oval kəsimli brilyantın təxminən 5-7 karat olduğu və xüsusiyyətlərindən asılı olaraq dəyərinin 5-9 milyon TL arasında dəyişə biləcəyi bildirilib.

2024-cü ildə Fransanın paytaxtı Parisdə Yusuf Yazıcı ilə evlənən Melisa Aslı Pamuk qısa müddət əvvəl oğlu Mylanı dünyaya gətirib.

Aktyorluq karyerasını davam etdirən Pamuk son dövrdə vaxtının böyük hissəsini analıq həyəcanı ilə keçirir. Sosial media paylaşımları ilə zaman-zaman gündəmə gələn məşhur sima bu dəfə dəbdəbəli tərzi ilə diqqət çəkib. Melisa Aslı Pamukun paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb, fotodakı lüks detallar sosial mediada geniş əks-səda doğurub.

Dəbdəbəli tərzi gündəm oldu — Bir kadrda 91 milyon lirəlik detal (FOTO)

Jalə Demokrat.az

D
demokrat.az