“Fənərbağça”nın rəsmisi Cihan Kamer klubun transfer planları ilə bağlı açıqlamalar verib.
Demokrat.az xəbər v erir ki, o, sarı-lacivərdlilərin Rafael Bekaо, Dieqo Karlos və Çağlar Söyüncü ilə yollarını ayıracağını bildirib.
“Fənərbağça” rəhbəri Cihan Kamer komandanın sponsorluq müqaviləsinin imzalanma mərasimində klubun heyət və transfer planları barədə danışıb.
“Bu gündən etibarən Bekao, Dieqo Karlos və Çağlarla yollarımızı ayırmaqla heyət planlaşdırmasını tamamlayacağıq. Ceyden Ostervold zədələndiyi üçün transferi baş tutmadı. Onu ehtiyat heyətimizdə dəyərləndirəcəyik. Bu gün əməliyyat olunacaq", deyə Kamer bildirib.
Jalə Demokrat.az


