Türkiyə Super Liqasında 2026-2027 mövsümünün 3-cü turu başa çatıb. "Qalatasaray" "Göztəpə"ni, "Fənərbağça" "Samsunspor"u, "Beşiktaş" isə "Çorum"u məğlub edib. "Trabzonspor" isə səfərdə "Amedspor"a uduzub. Həyəcanın davam etdiyi liqa ilə bağlı süni intellekt diqqətçəkən çempionluq proqnozu verib.
Demokrat.az xəbər verir ki, "Euro Club Index" Super Liqada mövsümün sonunda formalaşacaq turnir cədvəlini proqnozlaşdırıb. Nəticələrə əsasən, çempionluq mübarizəsinin böyük rəqabətə səhnə olacağı gözlənilir.
Süni intellektin proqnozlaşdırdığı sıralama
18. "Eyüpspor" – 20 xal 19. "Qaziantep FK" – 32 xal 20. "Ərzurumspor FK" – 34 xal 21. "Alanyaspor" – 37 xal 22. "Konyaspor" – 39 xal 23. "Amed SK" – 40 xal 24. "Kocaelispor" – 40 xal 25. "Göztəpə" – 42 xal 26. "Gənclərbirliyi" – 42 xal 27. "Çaykur Rizəspor" – 43 xal 28. "Çorum" – 43 xal 29. "Kasımpaşa" – 45 xal 30. "Samsunspor" – 45 xal 31. "Başakşəhər" – 50 xal (0,7 faiz) 32. "Trabzonspor" – 61 xal (2,2 faiz) 33. "Beşiktaş" – 71 xal (10,7 faiz) 34. "Qalatasaray" – 79 xal (36,6 faiz) 35. "Fənərbağça" – 82 xal (49,9 faiz)
Beləliklə, "Euro Club Index"in proqnozuna əsasən, 2026-2027 mövsümünün sonunda "Fənərbağça" 82 xalla çempion olacaq. "Qalatasaray" 79 xalla ikinci, "Beşiktaş" isə 71 xalla üçüncü pillədə qərarlaşacaq.
Qeyd edək ki, bu rəqəmlər yalnız proqnozdur və mövsümün yekun nəticəsini əks etdirmir.
Jalə Demokrat.az


