"Qalatasaray" Deniz Gülün transferi ilə bağlı "Porto" ilə yekun razılığa gəlib.
Demokrat.az xəbər verir ki, sarı-qırmızılı klub 22 yaşlı, 1,92 metr boya malik hücumçu üçün 11 milyon avro təzminat ödəyəcək.
Deniz Gülün bu gün İstanbula gələrək 5 illik müqavilə imzalaması gözlənilir.
Deniz Gül Lesli Uqoçuku, Aleksey Batrakov və Rafael Leaodan sonra "Qalatasaray"ın dördüncü transferi olacaq.
2 iyul 2004-cü ildə İsveçin paytaxtı Stokholmda anadan olan Deniz futbola "Djursholm" klubunda başlayıb. 2021-ci ildə "Hammarby"nin U-19 komandasına keçən Deniz 2023-cü ildə əsas komandaya yüksəlib və bir il sonra 4,5 milyon avroya "Porto"ya satılıb.
Deniz Gül "Porto"nun heyətində keçirdiyi 71 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Gənc futbolçu Türkiyə millisinin formasını da 10 dəfə geyinib və 2 qol vurub.
Jalə Demokrat.az


