Türkiyənin tanınmış televiziya kanallarından olan Flash TV yenidən sahibini dəyişib.
Türkiyə mediasının yaydığı məlumata görə, kanal SAFE Media şirkətinə satılıb. Bununla da Flash TV-nin son illərdəki növbəti sahib dəyişikliyi baş verib.
Yeni rəhbərliyin kanalın yayım siyasətində dəyişikliklər etməyi planlaşdırdığı bildirilir. Flash TV-nin xəbər kanalından daha çox əyləncə formatına keçəcəyi, efirdə yarışma, musiqi, mədəniyyət-sənət, film və serial layihələrinə yer veriləcəyi qeyd olunur.
Qeyd edək ki, Flash TV son illərdə bir neçə dəfə sahibini dəyişib.


