Dünya

Zelenski strateji məsələlər üzrə müşavirini vəzifəsindən azad etdi

Zelenski strateji məsələlər üzrə müşavirini vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Kmişini strateji məsələlər üzrə müşavir vəzifəsindən azad edib.

Müvafiq qərar dövlət başçısının 31 avqust 2026-cı il tarixində imzaladığı 844/2026 saylı fərmanla rəsmiləşdirilib. Sənəddə Kmişinin prezidentin strateji məsələlər üzrə ştatdankənar müşaviri vəzifəsindən azad edildiyi qeyd olunur.

Kmişinin vəzifədən kənarlaşdırılmasının səbəbi fərmanda açıqlanmayıb.

Aleksandr Kmişin qərarın ardından verdiyi açıqlamada prezidentə etimadına və birgə işləmək imkanına görə təşəkkür edib.

O, bundan sonra da müdafiə sektorunda fəaliyyət göstərəcəyini, əsas diqqətini Ukrayna hərbi texnologiya sahəsinə investisiyaların cəlb edilməsinə və beynəlxalq tərəfdaşlıqların inkişafına yönəldəcəyini bildirib.

Kmişin 2024-cü ilin sentyabrından Zelenskinin strateji məsələlər üzrə ştatdankənar müşaviri idi. Bundan əvvəl isə Ukraynanın strateji sənaye sahələri üzrə naziri və “Ukrzaliznitsa”nın rəhbəri vəzifələrində çalışıb.

Onun vəzifədən azad edilməsinin konkret səbəbi barədə rəsmi açıqlama verilməyib. Demokrat.az

D
demokrat.az