Lionel Messi Argentina milli komandası ilə yollarını rəsmən ayırdığını bəyan edib. 39 yaşlı ulduz hücumçu qərarını sosial şəbəkə vasitəsilə azarkeşlərinə çatdırıb.
Təcrübəli futbolçu bu addımı atmağın onun üçün olduqca ağır olduğunu gizlətməyib.
O, Argentina formasını hər zaman qürurla daşıdığını və komandanın uğurlarından fəxarət hissi keçirdiyini vurğulayıb. Messi komandada yeni nəslin formalaşdığını və gənclərin milli formada addımlamasının vacibliyini diqqətə çatdırıb.
20 illik dəstəyə görə azarkeşlərə təşəkkür edən ulduz oyunçu ailəsinə, məşqçilər korpusuna və komanda yoldaşlarına minnətdarlığını bildirib. O, bundan sonra yığmanı sıravi azarkeş kimi tribunadan dəstəkləyəcəyini qeyd edib. Vidalaşma mətni iyulun 21-də hazırlansa da, sonradan yaşanan bəzi ailəvi məsələlər qərarın yekunlaşmasında həlledici rol oynayıb.


