İdman Özəl

PSJ-nin ulduzu “Liverpul”a keçdi

PSJ-nin ulduzu “Liverpul”a keçdi

İngiltərənin “Liverpul” klubu PSJ və Fransa millisinin vingeri Bredli Barkolyanın transferini rəsmən açıqlayıb.

Demokrat.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərə təmsilçisi ilə 2032-ci ilə qədər müqavilə imzalayıb.

Transfer üzrə tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, keçidin ümumi məbləği bonuslarla birlikdə 140 milyon avroya çata bilər.

Barkolya yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Fransalı futbolçu transferi ilə bağlı fikirlərini də bölüşüb:

“Bu proses uzun çəkdi. Amma bu gün “Liverpul”da oynayacağım üçün həqiqətən xoşbəxtəm. Mənim əsas istəyim meydana çıxmaq və futbol oynamaqdır. İlk növbədə Premyer Liqanı qazanmaq istəyirəm. Bu, həyatımda ən böyük arzularımdan biridir. Məqsədim bunu həyata keçirmək və uzun illər bu komandada qalmaqdır. Məhz buna görə uzunmüddətli müqaviləyə imza atdım”, – deyə Barkolya bildirib.

Qeyd edək ki, Barkolya PSJ-də üç mövsüm keçirib. O, Paris klubunun heyətində 152 oyunda 39 qol vurub və 35 məhsuldar ötürmə edib. Futbolçu bu müddətdə iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub və üç dəfə Fransa çempionluğu yaşayıb. Demokrat.az

D
demokrat.az