Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Aralarında yaranan mübahisə zamanı 1998-ci il təvəllüdlü Təhmasib Novruzov xəsarət alıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən onun atası, 71 yaşlı Nadir Novruzov saxlanılıb.
Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. (Apa)


