İdman Özəl

Dünyanın ən məşhur futbolçularından biri klubunu dəyişir — 3 variant var

Dünyanın ən məşhur futbolçularından biri klubunu dəyişir — 3 variant var

Fransalı hücumçu Kərim Benzemanın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Demokrat.az xəbər verir ki, o, yay transfer pəncərəsi başa çatmamış Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə yollarını ayırmağa yaxınlaşıb. Təcrübəli forvardın qarşısında üç əsas seçim var. Bunların başında Səudiyyə Ərəbistanında qalmaq və ya ABŞ liqasına keçmək gəlir.

AS qəzetinin məlumatına görə, Benzema Səudiyyə Ərəbistanında qalma variantını nəzərdən keçirir. Bu halda onun əvvəllər formasını geyindiyi "Əl-İttihad"a qayıtması və ya "Əş-Şabab"a keçməsi gündəmə gələ bilər.

38 yaşlı Benzema ötən qış transfer pəncərəsində "Əl-Hilal"a qoşulmuşdu. Lakin klub rəhbərliyinin transfer pəncərəsi bağlanmazdan əvvəl onunla müqaviləyə xitam verilməsi barədə danışıqlara başlamasından sonra fransalı futbolçunun klubdakı karyerasının sona yaxınlaşdığı görünür.

Gələcəyi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, Benzema hələlik karyerasını başa vurmağa hazır görünmür. AS fransalı hücumçunun futbolu buraxmaq niyyətində olmadığını təsdiqləyib. "Marca" isə karyerasını başa vurmaq variantının tamamilə istisna edilmədiyini yazıb. Beləliklə, bütün ehtimallar açıq qalır.

Transfer eksperti Fabrizio Romanonun sözlərinə görə, Benzema hazırda Avropa futboluna qayıtmağı düşünmür. Bu isə son vaxtlar adı "Lion"la hallanan futbolçunun Fransa klubuna keçidi ehtimalını azaldır.

Bununla yanaşı, Səudiyyə Ərəbistanında qalmağa alternativ olaraq Benzemanın ABŞ liqasına keçməsi variantı da ön plana çıxır.

Digər tərəfdən, bəzi məlumatlarda fransalı hücumçunun Şotlandiya liqasında çıxış edə biləcəyi də bildirilir. Bu variantla bağlı xəbərlər hələ də gündəmdədir.

Beləliklə, Benzemanın qarşıdakı günlərdə karyerasını hansı istiqamətdə davam etdirəcəyi və 38 yaşında yeni macəraya başlayıb-başlamayacağı məlum olacaq.

Jalə Demokrat.az

D
demokrat.az