Pəhriz saxlamanıza baxmayaraq arıqlaya bilmir, daim özünüzü yorğun hiss edir, üşüyür və ya saç tökülməsi yaşayıramsa, bunun səbəbi yalnız qidalanma olmaya bilər. Mütəxəssislər qalxanabənzər vəzə təsir edən Haşimoto tiroiditinin orqanizmdə bir çox sistemin fəaliyyətini ləngidə biləcəyinə diqqət çəkirlər.
Çəkiyə nəzarətdən enerji səviyyəsinə, dəri və saç sağlamlığından zehni fəaliyyətə qədər bir çox prosesə təsir edən qalxanabənzər vəzi orqanizmin metabolizm sürətində mühüm rol oynayır. İmmunitet sisteminin qalxanabənzər vəzə hücum etməsi nəticəsində yaranan Haşimoto tiroiditi zamanla hormon istehsalının azalmasına səbəb ola bilər.
Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Cemile Feyza Elbistan Haşimoto xəstəliyinin yalnız qalxanabənzər vəz xəstəliyi olmadığını, bütün orqanizmə təsir göstərə bilən bir proses olduğunu bildirib. Mütəxəssislərin sözlərinə görə, Haşimoto xəstəliyinin yaranmasında genetik meyillilik mühüm rol oynayır. Bununla yanaşı, bəzi ətraf mühit amillərinin də xəstəliyi tətikləyə biləcəyi qeyd olunur.
TSH göstəricisi mühüm əhəmiyyət daşıyır
Qalxanabənzər vəzin fəaliyyətinin qiymətləndirilməsində TSH göstəricisinin mühüm olduğunu bildirən Dr. Elbistan yalnız bu göstəricinin kifayət etmədiyini vurğulayıb. Mütəxəssislərə görə, Haşimoto ilə mübarizədə yalnız dərman istifadəsi yetərli olmaya bilər.
Leyla Demokrat.az


