Türkiyənin məşhur aktrisa və aparıcısı Seray Sever illər sonra “Kurtlar Vadisi” serialında rol aldığı dövr haqqında danışıb.
Serialda Dərya obrazını canlandıran Seray Sever çəkiliş meydançasında yaşanan çətinliklərdən söz açıb. Onun açıqlamalarında ən çox diqqət çəkən məqam isə baş rolda Polat Alemdarı canlandıran Necati Şaşmazla bağlı olub.
Sever bildirib ki, “Kurtlar Vadisi”nin çəkildiyi ilk illərdə Necati Şaşmazın aktyorluq təcrübəsi yox idi. Onun sözlərinə görə, bu səbəbdən bəzi səhnələrin çəkilişi uzun saatlar davam edirdi.
Seray Sever xüsusilə bir silah çıxarma səhnəsinin çəkilişinin 8 saat davam etdiyini iddia edib.
“Necati Şaşmaz ‘Kurtlar Vadisi’ dövründə aktyor deyildi. Bir silah çıxarma səhnəsinin tam 8 saat davam etdiyini bilirəm. Setdə çox əziyyət çəkirdik”, – deyə Sever bildirib.
Severin bu açıqlamaları sosial mediada və Türkiyə mətbuatında diqqət çəkib. Onun sözlərinin Necati Şaşmazın reaksiyasına səbəb olub-olmayacağı isə maraq doğurur.


Leyla Demokrat.az


