Transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış “Fənərbağça” “Qalatasaray”ın da maraq göstərdiyi Türkiyə millisinin futbolçusu Can Uzun üçün hərəkətə keçib.
Demokrat.az xəbər verir ki, bu addımla həm istedadlı gənc türkiyəli futbolçunu heyətinə qatmaq, həm də “Qalatasaray”a transfer yarışında üstünlük əldə etmək istəyir.
“Qalatasaray”ın vaxtilə “Fənərbağça”nın da gündəmində olan Rafael Leaonu transfer etməsi böyük əks-səda doğurmuşdu. Sarı-lacivərdlilər isə indi “Qalatasaray”ın uzun müddət transfer etmək istədiyi, lakin heyətinə qata bilmədiyi Can Uzunla böyük transferə imza atmaq istəyir.
Sarı-lacivərdli rəhbərliyin Frankfurt klubu ilə ilk əlaqəni saxladığı və danışıqlara başladığı bildirilir. Alman klubunun mövqeyindən asılı olaraq, 20 yaşlı milli futbolçu üçün rəsmi danışıqların başlayacağı qeyd edilir.
2026 FIFA Dünya Kubokunda Türkiyə millisinin heyətində çıxış edən Can Uzun ötən mövsümdən etibarən “Qalatasaray”la əlaqələndirilirdi. İstanbul klubu transferə çox yaxın olsa da, keçidi yekunlaşdıra bilmədi.
Bazar dəyəri hazırda 45 milyon avro qiymətləndirilən Can Uzun “Fənərbağça” tarixinin ən bahalı transferi ola bilər. Çempionlar Liqasına vəsiqə qazanan İstanbul klubunda prezident Əziz Yıldırımın bu transfer üçün böyük məbləğ ödəməyə hazır olduğu bildirilir.
Jalə Demokrat.az


