İdman Özəl

"Qalatasaray"ın yeni ulduzu İstanbula gəlir — Saatı açıqlandı

Qalatasarayın yeni ulduzu İstanbula gəlir — Saatı açıqlandı

“Qalatasaray”ın uzun müddətdir transfer etmək istədiyi Rafael Leao ilə bağlı danışıqlarda xoşbəxt sona çatdığı bildirilir.

Demokrat.az xəbər verir ki, sarı-qırmızılı klubun həm 27 yaşlı portuqaliyalı futbolçu, həm də onun klubu “Milan”la razılığa gəldiyi qeyd olunur.

“Qalatasaray” Rafael Leaonun transferi üçün İtaliya klubuna 45 milyon avro və bonuslar ödəyəcək. Futbolçu isə 4 illik müqavilə imzalayacaq və illik xalis 12 milyon avro, həmçinin şərtlərdən asılı bonuslar qazanacaq.

Leaonun qərar verməsində ulduz futbolçu Viktor Osimhenin də rol oynadığı bildirilir. Osimhenin portuqaliyalı futbolçuya telefonla zəng edərək onunla danışdığı qeyd edilir.

“Qalatasaray” rəhbərliyinin dünən gecə Milana getdiyi və son detalları razılaşdırdıqdan sonra portuqaliyalı futbolçunu bu gün yerli vaxtla saat 16:00 (Bakı vaxtı ilə saat 17:00) radələrində İstanbula gətirəcəyi öyrənilib.

Tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atması gözlənilən Leao dünən “Venesiya” ilə oyundan sonra “Sabah (bu gün) Milandan ayrılıram” deyib.

Jalə Demokrat.az

D
demokrat.az