İdman Özəl

"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu

Beşiktaşın Avropa Liqasındakı rəqibləri bəlli oldu

UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkatması Monakoda keçirilən mərasimlə başa çatıb.

Demokrat.az xəbər verir ki, Türkiyəni turnirdə təmsil edən klublardan "Beşiktaş" UEFA klub əmsalına əsasən püşkatmaya dördüncü səbətdən qatılıb.

Püşkün nəticəsində İstanbul təmsilçisinin liqa mərhələsində qarşılaşacağı səkkiz rəqib müəyyənləşib.

"Beşiktaş"ın Avropa Liqasındakı oyunları belə olacaq:

"Bayer Leverkuzen" – "Beşiktaş" "Beşiktaş" – "Marsel" "Beşiktaş" – "Union" "Seltik" – "Beşiktaş" "Beşiktaş" – "Kristal Pelas" "Omoniya" – "Beşiktaş" "Hoffenhaym" – "Beşiktaş" "Beşiktaş" – "Hapoel Beer-Şeva"

Ümumilikdə 36 klubun mübarizə aparacağı yeni liqa formatında "Beşiktaş" dörd səbətin hər birindən iki komanda ilə qarşılaşacaq. Reqlamentə əsasən, hər səbətdən düşən iki rəqibdən biri ilə İstanbul təmsilçisi Tüpraş stadionunda, digəri ilə isə səfərdə oynayacaq.

Beləliklə, "Beşiktaş" liqa mərhələsini dördü evdə, dördü səfərdə olmaqla ümumilikdə səkkiz oyunla başa vuracaq.

Püşkatmadan sonra azarkeşlərin maraqla gözlədiyi oyun tarixləri və başlanma saatlarının yer aldığı tam təqvim UEFA tərəfindən ən gec avqustun 30-da açıqlanacaq.

UEFA Avropa Liqasında 2026/27 mövsümünün ilk oyunları sentyabrın 16-17-də keçiriləcək. Səkkiz həftəlik liqa mərhələsi 2027-ci il yanvarın 28-də başa çatacaq.

Turnirin qalibini müəyyənləşdirəcək final qarşılaşması isə 2027-ci il mayın 26-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək.

Jalə Demokrat.az

D
demokrat.az