Şou-biznes Özəl

Neslihan Atagül və Kadir Doğulunun xoşbəxt görüntüləri

Neslihan Atagül və Kadir Doğulunun xoşbəxt görüntüləri

Türkiyənin məşhur aktrisası Neslihan Atagül həyat yoldaşı Kadir Doğulu və oğlu Azizlə birlikdə yay tətilinə çıxıb.

“Yaprak Dökümü”, “Kara Sevda”, “Sefirin Kızı” və “Gecenin Ucunda” kimi məşhur seriallardakı rolları ilə tanınan Atagül ana olduqdan sonra ekranlara fasilə verib. Aktrisa bu müddətdə vaxtının böyük hissəsini oğlu Azizə ayırır.

Kadir Doğulu ilə 2016-cı ildə ailə quran Neslihan Atagül şəxsi həyatını mümkün qədər mediadan uzaq yaşamağa üstünlük verir. Cütlük bu dəfə oğulları ilə birlikdə qayıqla mavi səyahətə çıxaraq dəniz və günəşin dadını çıxarıb.

Aktrisa tətil zamanı çəkdirdiyi səmimi ailə fotolarını sosial media hesabında paylaşıb. Paylaşımlar arasında onun doğum gününü ailəsi ilə birlikdə qayıqda qeyd etdiyi görüntülər də yer alıb.

Atagülün analıq həyatı ilə bağlı paylaşımı da izləyicilərin diqqətini çəkib. Fondakı mahnıda səslənən “yuxusuz gecələr” ifadəsi aktrisanın analıqdan gələn şirin yorğunluğu ilə uyğunlaşıb.

Neslihan Atagülün ailəsi ilə paylaşdığı təbii və səmimi görüntülər qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.

Neslihan Atagül və Kadir Doğulunun xoşbəxt görüntüləri
Neslihan Atagül və Kadir Doğulunun xoşbəxt görüntüləri
Neslihan Atagül və Kadir Doğulunun xoşbəxt görüntüləri
Neslihan Atagül və Kadir Doğulunun xoşbəxt görüntüləri

Leyla Demokrat.az

D
demokrat.az