Şou-biznes Özəl

Həsən Can Kaya 30 min manatlıq məhkəmə iddiası qaldırıldı

Həsən Can Kaya 30 min manatlıq məhkəmə iddiası qaldırıldı

Türk komediyaçı Həsən Can Kaya sosial mediada ağır təhqirlərə yol verməklə nüfuzuna və ictimai imicinə xələl gətirdiyi iddiası ilə Mehmet Reşat K.-ya qarşı təzminat davası açıb.

Demokrat.az xəbər verir ki, iddiaya görə, Mehmet Reşat K. sosial mediada Həsən Can Kaya haqqında paylaşım edib. Paylaşımın təhqiramiz məzmun daşıdığını bildirən Kaya prokurorluğa şikayət edib.

Araşdırma nəticəsində Mehmet Reşat K. barəsində “yazılı kommunikasiya vasitəsilə açıq şəkildə təhqir” ittihamı ilə cinayət işi başlanıb.

Məhkəmə Mehmet Reşat K.-nın təhqirə görə cəzalandırılmasına qərar verib. Həsən Can Kaya cinayət işi üzrə qərarın qüvvəyə minməsindən sonra ictimaiyyət qarşısında nüfuzuna xələl gətirildiyini əsas gətirərək Mehmet Reşat K.-ya qarşı 30 min lirəlik mənəvi təzminat iddiası qaldırıb.

Jalə Demokrat.az

D
demokrat.az