İdman Özəl

"Qalatasaray"ın ulduzu paylaşımı ilə gündəm oldu: "Devrim Özkan eşitməsin"

Qalatasarayın ulduzu paylaşımı ilə gündəm oldu: Devrim Özkan eşitməsin

“Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Torreyra sosial media paylaşımı ilə yenidən gündəmə gəlib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu keçmiş sevgilisi, aktrisa Devrim Özkan ilə münasibətini bitirdikdən sonra diqqətçəkən addım atıb. Torreyra “Instagram” hekayəsində iti ilə fotosunu paylaşaraq onun adının "Bozo" olduğunu qeyd edib.

Bu detal sosial mediada xüsusilə müzakirə olunub. Çünki “Bozo” adı Devrim Özkanın rol aldığı "Yeraltı" serialında onun həyat yoldaşını canlandıran Uraz Kaygılaroğlunun obrazının adı ilə eynidir.

Paylaşımın ardından sosial şəbəkələrdə “Devrim Özkan eşitməsin” və “Hələ də unuda bilməyib” kimi şərhlər yazılıb.

Qeyd edək ki, Devrim Özkan və Torreyra daha əvvəl uzun müddət davam edən, fasilələrlə müşayiət olunan münasibət yaşayıblar. Ayrılıqdan sonra Özkanın “Yeraltı” serialındakı tərəf müqabili Deniz Can Aktaş ilə sevgili olduğu barədə iddialar yayılıb. İkilinin ABŞ-da birlikdə görüntülənməsi də bu iddiaları gücləndirib.

Qalatasarayın ulduzu paylaşımı ilə gündəm oldu: Devrim Özkan eşitməsin

Jalə Demokrat.az

D
demokrat.az