Əyləncə məkanında bir gənclə çəkilmiş görüntüləri ilə gündəmə gələn türk aktrisa Ezgi Mola yayılan xəbərlərə sərt reaksiya verib.
Demokrat.az xəbər verir ki, yay aylarını Çeşmədə keçirən məşhur aktrisa ötən gün Alaçatıda obyektivlərə tuş gəlib. Bir gənclə əylənərkən çəkilmiş görüntüləri gündəm olan Mola daha əvvəl sözügedən videonun əyləncə məqsədilə çəkildiyini və çox köhnə olduğunu açıqlamışdı.
Jurnalistlərin suallarını cavablandıran aktrisa sosial mediada yayılan paylaşımlara münasibət bildirib:
"Belə şeylərə əhəmiyyət vermirəm. Amma bir şey deməyəndə bunu qəbul etdiyimi düşünürlər. Sosial media insanları dəli edib. Baxış sayı naminə bir pislik hovuzunda videolar toplayır, sonra da onlardan istifadə edirlər".
Mola görüntülərin illər əvvəl çəkildiyini vurğulayıb:
"İllər əvvəl şirin bir uşağı sevindirim deyə əyləncəli bir şey etmişəm. Əslində, onlara cavab verməzdim, amma bir şey deməsəm, yenə məsələni başqa yerə çəkəcəklər. Boş-boş danışmasınlar, mənimlə bağlı mənasız paylaşımlar etməsinlər istədim. Ona görə danışdım. Tərbiyəsiz və hədsiz insanlara hədlərini bildirmək lazımdır. Çox şükür ki, mən özümdən və həyatımdan razı olan bir insanam".
Jalə Demokrat.az


