İdman

"Qarabağ" liqa mərhələsi üçün "Tvente" ilə həlledici matça çıxır

Qarabağ liqa mərhələsi üçün Tvente ilə həlledici matça çıxır

"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində həlledici cavab oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, təmsilçimiz pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 0:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

27 avqust

Saat 20:00, "Qarabağ" - "Tvente" (ilk oyun - 1:0)

Demokrat.az

D
demokrat.az