İdman

""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"

Sabahı təbrik edirəm, uğurlar arzulayıram

"Qarabağ" "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.

Demokrat.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ı da təbrik edib:

"Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram. "Tvente" ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq".

Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Demokrat.az

D
demokrat.az