İdman

AFFA prezidenti "Sabah"ı təbrik etdi

AFFA prezidenti Sabahı təbrik etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf "Sabah" klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub etməsi və UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Demokrat.az-ın məlumatına görə, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Sabah" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram", - deyə o əlavə edib.

​​​​​​​Demokrat.az

D
demokrat.az