İdman Özəl

"Qalatasaray"a gəlmədi, ərəb klubuna keçir

Qalatasaraya gəlmədi, ərəb klubuna keçir

“Qalatasaray”ın təklifini rədd edən “Arsenal”ın braziliyalı futbolçusu Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə hazırlaşır.

Demokrat.az xəbər verir ki, italiyalı jurnalist Fabrizio Romanonun məlumatına görə, “Əl-Hilal” braziliyalı futbolçunun transferi üçün “Arsenal”la rəsmi danışıqlara başlayıb. Martinelli də Səudiyyə Ərəbistanı Pro Liqasına keçidə müsbət yanaşır.

Bildirilib ki, uzun müddət “Qalatasaray”ın transfer gündəmində olan Martinelli Səudiyyə klubunun digər namizədləri Pedro Neto və Fransisku Konseysaodan öndədir.

Beləliklə, “Qalatasaray”ın transfer etmək istədiyi 25 yaşlı futbolçunun “Əl-Hilal”a keçidi ilə bağlı danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.

Jalə Demokrat.az

D
demokrat.az