İdman

AFFA aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqladı

AFFA aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqladı

Azərbaycanın futbol üzrə aşağı yaş qruplarından ibarət millilərinin yeni baş məşqçiləri açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Aleksandr Qross U-15, Famil Xəlilov U-16, Emin Mustafayev U-17, Mahmud Qurbanov U-18, Elgiz Kərəmli U-19 komandasının baş məşqçisi təyin edilib.

Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

Demokrat.az

D
demokrat.az