Gündəm

Azərbaycan Prezidenti: "Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir"

Azərbaycan Prezidenti: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

"Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim".

Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezidentİlham ƏliyevAzərbaycan və ÖzbəkistanAli Dövlətlərarası Şuranın 3-cü iclasındadeyib.

"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir", - deyən dövlətimizin başçısı bunun Prezident Şavkat Mirziyoyevin xidməti olduğunu vurğulayıb. O deyib: Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz".

Demokrat.az

D
demokrat.az