Maraqlı Özəl

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranlarda süfrəyə verilən sobada toyuğun həm yumşaq, həm də üstünün qızılı-qəhvəyi və iştahaçan olmasının sirri istifadə edilən sousda gizlənir. Bu sousu ev şəraitində də hazırlamaq mümkündür.

Sousun əsasınıqatıq, tomat pastası, zeytun yağı və ya kərə yağıtəşkil edir. Qarışıma sarımsaq, qırmızı toz bibər, qara istiot və kəklikotu əlavə edilir. Dadı balanslaşdırmaq üçün isə az miqdarda limon suyu istifadə olunur.

Toyuğun daha yaxşı qızarması üçün yağ və tomat pastasının birlikdə istifadəsi tövsiyə edilir. İstəyə görə sousa çox az miqdarda bal və ya bəkməz də əlavə etmək olar. Lakin şirin məhsulların miqdarı çox olmamalıdır, çünki yüksək temperaturda tez yana bilər.

Sousun hazırlanması

Restoran üsulu sous üçün2 xörək qaşığı qatıq, 1 xörək qaşığı tomat pastası və 2 xörək qaşığı zeytun yağıqarışdırılır. Daha sonra 1 diş əzilmiş sarımsaq, 1 çay qaşığı qırmızı toz bibər, yarım çay qaşığı qara istiot, bir qədər kəklikotu və 1 çay qaşığı limon suyu əlavə edilir. Sousu toyuğun üzərinə bərabər şəkildə çəkmək lazımdır. Daha yaxşı nəticə üçün toyuğu əvvəlcə kağız dəsmalla qurulamaq və souslandıqdan sonra ən azı30 dəqiqə soyuducuda saxlamakməsləhətdir. Bir neçə saat marinad edildikdə isə ət daha aromatik olur.

190 dərəcədə bişirilir

Hazırlanan toyuq təxminən190°C temperaturda, ölçüsündən asılı olaraq tam bişənə qədər sobada saxlanılır. Bişirmə zamanı üzərinə sinidə toplanan yağ və şirədən əlavə etmək toyuğun qurumasının qarşısını almağa kömək edə bilər.

Mütəxəssislərin fikrincə, restoran dadını əldə etmək üçün əsas məqam yalnız bir “gizli” məhsuldan istifadə etmək deyil,qatıq, tomat pastası, yağ, sarımsaq və ədviyyatların düzgün nisbətdə birləşdirilməsidir.

Leyla Demokrat.az

D
demokrat.az