Gündəm

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, avqustun 22-də 9 vaqondan ibarət, ümumi çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" markalı benzin ixrac olunub.

Demokrat.az

D
demokrat.az