İdman Özəl

46 yaşlı Ronaldinyo 11 il sonra futbola qayıtdı

46 yaşlı Ronaldinyo 11 il sonra futbola qayıtdı

46 yaşlı futbol əfsanəsi Ronaldinyo futbola geri dönmək qərarına gəlib. Braziliyalı ulduz sonuncu peşəkar matçından 11 il sonra İtaliyanın 3-cü liqa komandası “Ravenna” ilə müqavilə imzalayıb.

Demokrat.az xəbər verir ki, Ronaldinyo sonuncu dəfə 2015-ci ildə “Fluminense” formasını geyinmişdi. 2002-ci ildə Braziliya ilə dünya çempionu olan futbolçu karyerası ərzində PSJ, “Barselona” və “Milan” kimi nəhəng klublarda çıxış edib.

Ronaldinyo 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionluğu yaşayıb. Klub karyerasında isə PSJ, “Barselona” və “Milan” kimi Avropanın aparıcı komandalarının formasını geyinib.

Braziliyalı futbolçu 2005-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.

Ronaldinyo peşəkar karyerasında sonuncu oyununu 27 sentyabr 2015-ci ildə “Fluminense”nin heyətində “Goyas”a qarşı keçirib. Futbolçu 2018-ci ildə karyerasını başa vurduğunu açıqlamışdı.

İndi isə 11 ildən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Ronaldinyo İtaliyanın 3-cü liqasında (Serie C) çıxış edən “Ravenna FC” ilə müqavilə imzalayıb və klubda pay sahibi də olub.

Dünən axşam Marina di Ravenna çimərliyində keçirilən komandanın təqdimat mərasimində minlərlə azarkeş qarşısına çıxarılan Ronaldinyonun yaxın müddətdə lisenziyasının rəsmiləşdiriləcəyi və Serie C-də forma geyinə biləcəyi bildirilib.

Klub və milli komanda karyerasında ümumilikdə 299 qol vuran Ronaldinyo 300-cü qoluna çatmaq istədiyini bildirib.

“Əgər bu baş versə, daha da gözəl olar. Bu, prezidentdən və baş məşqçidən asılıdır. Bura aramızdakı dostluğa görə gəlmişəm. Komandanın yaxşı çıxış edəcəyinə ümid edirik. Mən də kömək etmək üçün buradayam”, deyə Ronaldinyo bildirib.

Jalə Demokrat.az

D
demokrat.az