"Starlink" sistemi ilə təchiz edilmiş dronlar Rusiya ərazisinin 200 km dərinliyinə qədər olan hədəfləri vura bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd etmək lazımdır ki, bunun üçün İlon Maskın şəxsi razılığı tələb olunacaq.
Ukrayna, Rusiya ərazisinin 200 km-dək dərinliyində yerləşən ballistik raket buraxılış qurğularına qarşı "Starlink" sistemi ilə təchiz edilmiş dronlardan istifadə etmək üçün icazə almağa çalışır.
Nəşrin məlumatına görə, Rusiya ballistik raketlərini zərərsizləşdirmək üçün Ukraynaya ilin sonunadək yüzlərlə "Patriot" raketi lazım olacaq. Kiyev bu məsələni həll etmək məqsədilə, Rusiyanın mühüm hədəflərinə daha yüksək dəqiqliklə zərbələr endirmək üçün öz hücum dronlarında "Starlink"dən istifadəyə icazə almağa çalışır.
Starlink ilə təchiz edilmiş dronlar, adi radio əlaqələri ilə müqayisədə operatorlarla uzun məsafələrdə daha dayanıqlı əlaqə saxlamaq üçün SpaceX-in peyk şəbəkəsindən istifadə edir və eyni zamanda standart maneələrə qarşı daha az həssas olur.
Alparslan Demokrat.az


