Şou-biznes Özəl

Ağ libası sosial mediada gündəm oldu — FOTOLAR

Ağ libası sosial mediada gündəm oldu — FOTOLAR

Aktyorluğu və şəxsi həyatı ilə tez-tez maqazin gündəmində yer alan Hande Erçel bu dəfə geyim seçimi ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, yeni fotolarını paylaşan Erçel qat-qat və asimmetrik detallara malik ağ mini libasla kamera qarşısına keçib.

Qeyri-adi dizaynı ilə seçilən libas qısa müddətdə sosial medianın ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bəzi istifadəçilər Erçelin üslubunu bəyənsə də, bəzi izləyiciləri libasın dizaynını tənqid edib.

Libasın büzməli və qat-qat quruluşu sosial media istifadəçilərinin müxtəlif bənzətmələr etməsinə səbəb olub. Bəzi istifadəçilər geyimi “tənzif”, “sarğı bezi”, “salfet” və “gips” kimi əşyalara bənzədiblər.

Hande Erçelin paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb. Aktrisanın geyim seçimi də maqazin gündəmində geniş yer alıb.

Ağ libası sosial mediada gündəm oldu — FOTOLAR

Ağ libası sosial mediada gündəm oldu — FOTOLAR

Ağ libası sosial mediada gündəm oldu — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az