Gündəm

Azərbaycanda həftəlik və aylıq qatar biletləri olacaq

Azərbaycanda həftəlik və aylıq qatar biletləri olacaq

Azərbaycanda turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bu, “Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

İlkin olaraq bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması həyata keçiriləcək.

Demokrat.az

D
demokrat.az