Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Çuxuryurd kəndi ərazidində dərəyə yuvarlanan avtomobildə olan 75 yaşlı Mətləb Aslanov və 70 yaşlı Şövkət Aslanova ər-arvad olublar.
Dərəyə yuvarlanan zaman avtomobil ağaca çırpılıb. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (oxu.az)
Demokrat.az


