Fransada dəhşətli yol qəzası iki tanınmış simanın həyatına son qoyub. Məşhur prodüser Nikolas Altmayer və sevgilisi Matilda Favier həlak olublar.
Hadisə avqustun 17-də Airvault şəhəri yaxınlığındakı avtomobil yolunda baş verib. Cütlüyün olduğu maşın başqa avtomobili ötərkən əks istiqamətdən gələn yük maşını ilə toqquşub. Hər iki şəxs aldığa ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Niort prokurorluğu faktla bağlı dərhal araşdırmalara başlayıb. İstintaq ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə aparılır.
Qeyd edək ki, 57 yaşlı Matilda Favier "Dior" moda evində ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsini tuturdu. 61 yaşlı Nikolas Altmayer isə qardaşı ilə birgə "Mandarin & Compagnie" şirkətinə rəhbərlik edirdi.
O, "OSS 117" və "Brice de Nice" kimi məşhur filmlərin prodüseri kimi tanınırdı.


