Maraqlı Özəl

Çayı bu formada içəndə faydası birə-min artır

Çayı bu formada içəndə faydası birə-min artır

Mixəkli çay tərkibindəki güclü bitki birləşmələri sayəsində sadə dəmləmə çaydan həm dadı, həm də orqanizmə təsirləri ilə seçilir. Adətən qara və ya yaşıl çaya mixək qönçələrinin əlavə edilməsi ilə hazırlanan bu içki maddələr mübadiləsini sürətləndirir.

Sadə çay əsasən sakitləşdirici və zəif antioksidant təsirə malikdir. Mixək əlavə edildikdə isə içki antioksidant baxımından daha zəngin olur. Mixəyin tərkibindəki eugenol maddəsi həzm sistemini rahatladır, köpü və mədə narahatlıqlarını aradan qaldırır.

Bu çay xüsusilə soyuq dəymə zamanı boğaz ağrısını kəsməyə və iltihabı azaltmağa kömək edir. Mixəyin təbii keyləşdirici və mikrobəleyhinə xüsusiyyətləri ağız boşluğu sağlamlığı üçün də faydalıdır. Sadə çay gündəlik maye ehtiyacını ödəyirsə, mixəkli variant immun sistemini gücləndirən təbii vasitə rolunu oynayır.

Yəni mixəkli çay sadə çaydan fərqli olaraq xüsusi ətri ilə yanaşı, həzm və immunitet üçün güclü müalicəvi dəstək təmin edir.

Demokrat.az

D
demokrat.az