İdman

"Sabah" İsrail klubu ilə qarşılaşacaq

Sabah İsrail klubu ilə qarşılaşacaq

Azərbaycanın "Sabah" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununa çıxacaq.

Demokrat.azxəbər verir ki, Bakı klubu İsrail təmsilçisi "Hapoel"lə (Beer-Şeva) qarşılaşacaq.

Rumıniyanın paytaxtı Buxarestdə yerləşən "Quleşti" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Demokrat.az

D
demokrat.az