İdman

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Demokrat.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib. Tural Əhmədov (63 kiloqram) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb – 8:0. Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Tural dünya üçüncüsü olub. Cavidan Nehmətov (77 kiloqram) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Cavidan gümüş medala layiq görülüb.

Demokrat.az

D
demokrat.az