Bu gün general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki,mərasimdəmüdafiə naziri general-polkovnik Zakir Həsənov,Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim olunub.






Demokrat.az


