Şou-biznes Özəl

Ece Seçkin konsertlərini təxirə saldı: Hamiləlik iddiaları gündəmdə

Ece Seçkin konsertlərini təxirə saldı: Hamiləlik iddiaları gündəmdə

Türkiyəli müğənni Ece Seçkin səhnə fəaliyyətinə müvəqqəti ara vermək qərarına gəlib. Sənətçinin ard-arda konsertlərini ləğv etməsi onun hamilə olduğu ilə bağlı iddiaları yenidən gündəmə gətirib.

Məlumata görə, Ece Seçkinin komandası sosial şəbəkədə müğənninin konsert proqramı ilə bağlı açıqlama yayıb. Açıqlamada sənətçinin səhhətində hər hansı problemin olmadığı xüsusi olaraq vurğulanıb.

Ece Seçkinin təxminən dörd aylıq hamilə olduğu iddia edilsə də, müğənni bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.

Sənətçi komandasının paylaşımını öz sosial media hesabında da yayımlayaraq qərarının səbəbini açıqlayıb.

“İzləyicilərimin hər konsertimdə əvvəlkindən daha böyük şou izləməyə layiq olduğuna inanıram. Bu səbəbdən tam gücümü verə bilməyəcəyimi düşündüyüm açıq hava konsertlərinə bu il ara veririk. Daha templi, daha güclü və rəqslə dolu çıxışlarımızda görüşənədək”, – deyə Ece Seçkin bildirib.

Qeyd edək ki, Ece Seçkin 2021-ci ildə pilot Çağrı Terlemezlə ailə həyatı qurub.

Leyla Demokrat.az

D
demokrat.az