Gündəm

"Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında yeni şaxta qurulur

Nizami və Cəfər Cabbarlı stansiyaları arasında yeni şaxta qurulur

"Bakı Metropoliteni "yaşıl" xətt üzrə havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə daha bir şaxtanın inşasına başlayıb".

Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, şaxta "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında inşa edilir:

"Havalandırma şaxtasının inşası davam etdirilir. 11 aydan sonra şaxta da istifadəyə veriləcək və həmin xətt üzrə havalandırma daha da yaxşılaşdırılacaq".

Demokrat.az

D
demokrat.az