Türkiyənin “Trabzonspor” klubu heyətini ulduz futbolçu Darvin Nunezlə gücləndirməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, Urqvaylı hücumçunun transferi ilə bağlı danışıqlarda son mərhələyə gəlinib. 27 yaşlı futbolçunun “Trabzonspor”un təklifini qəbul etdiyi, tərəflərin razılığa yaxın olduğu bildirilir. Transferin icarə əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, Nunezin illik maaşı təxminən 20-22 milyon avro təşkil edir. “Trabzonspor”un isə futbolçunun maaşının təxminən 8 milyon avroluq hissəsini qarşılaması, qalan məbləğin isə futbolçunun hazırkı klubu tərəfindən ödənilməsi planlaşdırılır.
Transferin son detalları, o cümlədən ödəniş planı, bonuslar və müqavilədə satınalma maddəsinin olub-olmaması ilə bağlı danışıqların aparıldığı qeyd olunur.
Nunezin transferində “Trabzonspor”un ulduz futbolçusu Məhəmməd Salahın da rolunun olduğu bildirilir. Belə ki, Nunezin “Liverpul”dakı keçmiş komanda yoldaşı Salahın uruqvaylı hücumçu barədə müsbət fikirlər səsləndirdiyi və onun Türkiyə klubuna keçidinə müsbət təsir göstərdiyi qeyd edilir.
Darvin Nunez karyerası ərzində 306 matçda meydana çıxıb. 27 yaşlı hücumçu bu görüşlərdə 117 qol vurub və 51 məhsuldar ötürmə ilə yadda qalıb.
“Trabzonspor”un Səudiyyə Ərəbistanında aparılan son danışıqların müsbət nəticələnməsi halında Nunezi qısa müddət ərzində Trabzona gətirməyi planlaşdırdığı bildirilir.
Nuray


