İdman Özəl

"Qalatasaray"dan Barış Alper Yılmaz və Viktor Osimhen qərarı

Qalatasaraydan Barış Alper Yılmaz və Viktor Osimhen qərarı

"Qalatasaray"da transfer çalışmaları davam edərkən, Avropa nəhənglərinin maraq göstərdiyi Barış Alper Yılmaz və Viktor Osimhenlə bağlı gözlənilən görüş baş tutub.

Demokrat.az xəbər verir ki, "Qalatasaray"da transfer əməliyyatı davam etdiyi bir vaxtda komandada qalacaq futbolçularla bağlı da mühüm qərarlar verilir. Sarı-qırmızılı klubda xüsusilə Viktor Osimhen və Barış Alper Yılmaza gələn təkliflər narahatlıq yaradıb. Klub rəhbərliyinin hər iki ulduzla bağlı mövqeyini dəqiqləşdirdiyi bildirilir.

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenə uzun müddətdir "Atletiko Madrid"in marağı var. İspaniya klubunun baş məşqçisi Dieqo Simeonenin də nigeriyalı hücumçunu xüsusilə istədiyi qeyd olunur. Kulislərdə "Atletiko Madrid"in Osimhen üçün təxminən 100 milyon avro məbləğində təklif irəli sürdüyü danışılır.

Sarı-qırmızılı komandanın digər əsas futbolçusu Barış Alper Yılmaz da Premyer Liqa klublarının radarındadır. "Tottenhem" və "Everton"un milli futbolçu üçün təxminən 40 milyon avro məbləğində şifahi təkliflər etdiyi bildirilir.

Lakin "Qalatasaray"ın prezidenti Dursun Özbekin hər iki futbolçunun komandada qalması ilə bağlı qəti mövqe ortaya qoyduğu qeyd edilir. Bildirilir ki, rəhbərlik transfer dövründə yaşanan çətinliklər səbəbindən hazırkı ulduzlarını qorumağı hədəfləyir.

Bu istiqamətdə "Qalatasaray"da həm Osimhen, həm də Barış Alper üçün transfer qapılarının bağlandığı bildirilir. Sarı-qırmızılı rəhbərlik yeni mövsümdə heyətin əsas oyunçularını komandada saxlayaraq mübarizəni davam etdirməyi planlaşdırır.

Jalə Demokrat.az

D
demokrat.az