İdman Özəl

Arda Gülerə böyük tərif: "Real Madrid"də komandanlıq onun əlindədir"

Arda Gülerə böyük tərif: Real Madriddə komandanlıq onun əlindədir

"Real Madrid"in yeni mövsüm hazırlıqları çərçivəsində "Deportivo" ilə keçirəcəyi oyun öncəsi İspaniyanın nüfuzlu "AS" qəzeti Arda Gülərlə bağlı diqqətçəkən yazı dərc edib.

Demokrat.az xəbər verir ki, ispan nəşri Türkiyə millisinin üzvünün qarşıdakı görüşdə əsas heyətdə yer almaq uğrunda növbəti sınaqdan keçəcəyini bildirib. Yazıda Ardanın fiziki baxımdan kiçik görünməsinə baxmayaraq, meydanda "Herkul kimi" çıxış etməli olduğu vurğulanıb.

"Arda Güler bu gün əsas heyətdəki yerini qazanmaq üçün Teresa Herrera Kubokunda yeni sınaqdan keçəcək. Boyu kiçikdir, amma meydanda Herkul kimi davranmalıdır", deyə AS yazıb.

Nəşr 21 yaşlı futbolçunun əvvəlki hazırlıq matçlarında komandasına mühüm töhfələr verdiyini də qeyd edib. Ardanın "Fiorentina" və "Ferencvaros"la qarşılaşmalarda oyunun çətin anlarını öz uzaqgörənliyi və texnikası sayəsində dəyişdirdiyi, iki məhsuldar ötürmə etdiyi diqqətə çatdırılıb.

AS-ın fikrincə, baş məşqçi Joze Mourinyonun daha mübariz və intensiv futbol qurmaq istəməsinə baxmayaraq, "Real Madrid"in bəzi məqamlarda Ardanın dəqiq ötürmələrinə və kəskin baxışına ehtiyacı olacaq.

Nəşr həmçinin Ardanın meydandakı mövqeyinin hələ tam müəyyənləşmədiyini yazıb. Onun hazırda nəzəri olaraq Cud Bellinqem üçün nəzərdə tutulan hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etdiyi, lakin mərkəzdə də şans qazana biləcəyi bildirilib.

"Real Madrid"in hazırda tam hazır olmayan Kilian Mbappe, Cud Bellinqem və Yan Diomandenin yoxluğunda əsas silahlarının Vinisius Junior və Arda Güler olacağı qeyd edilib.

Jalə Demokrat.az

D
demokrat.az