"Qarabağ" "Dinamo" ilə oyunda yaxşı nəticə əldə etməyə çalışacaq.
Demokrat.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.
O sabahkı matç haqda fikirlərini bölüşüb:
"Sabah" ə təbrik edirəm yaxşı oyun göstərib qalib gəldilər. Çox böyük uğurdur. Bizə gəldikdə, pis hazırlaşmamışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki futbolçular əllərindən gələni ən yaxşısını edəcəklər"
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb. (report)
Demokrat.az


