İdman

Rüstəm Nuriyevin yeni iş yeri bilindi

Rüstəm Nuriyevin yeni iş yeri bilindi

Yeni mövsümün hazırlıqlarına bu ay başlayan "Mingəçevir"in heyətinə qatmağı planlaşdırdığı daha bir futbolçunun kimliyi bəlli olub.

Bu, ötən mövsümə 2-ci Liqa komandası "Quba"da başlayan, qışda 1-ci Liqa təmsilçisi "Zaqatala"ya qoşulan müdafiəçi Rüstəm Nuriyevdir.

Rüstəm hazırda "işıqçılar"ın düşərgəsindədir. Onunla 1 mövsümlük müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub. Aran təmsilçisini hazırda yeni sponsorların istəyi ilə komandanın "sükanı arxası"na keçən Elman Sultanov çalışdırır. (fanat.az)

Demokrat.az

D
demokrat.az