İdman Özəl

"Qalatasaray" "Qarabağ"a qarşı oynayan futbolçunu transfer edir

Qalatasaray Qarabağa qarşı oynayan futbolçunu transfer edir

Kiyev “Dinamo”sunun müdafiəçisi Taras Mixavko “Qalatasaray”ın maraq dairəsinə düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotomaç” nəşri məlumat yayıb.

Türkiyə klubu Abdulkerim Bardakçının alternativi ola biləcək solayaqlı mərkəz müdafiəçisi axtarır. 21 yaşlı ukraynalı futbolçu İstanbul təmsilçisinin qısa siyahısına daxil edilib.

Mixavko Türkiyə çempionatında legionerlər üçün tətbiq olunan limitin tələblərinə də cavab verir. Klubun sifariş ərizəsində 14 əcnəbi futbolçu ola bilər: onlardan 10-u üçün yaş məhdudiyyəti yoxdur, daha dörd futbolçu isə 2003-cü il yanvarın 1-dən sonra doğulmalıdır.

Daha əvvəl Ukrayna müdafiəçisinə “Trabzonspor”, eləcə də İngiltərənin “Nottingem Forest”, “Everton” və “Bornmut” klublarının maraq göstərdiyi bildirilmişdi.

Mixavko 2023-cü ilin yayında “Dinamo”nun sisteminə qoşulub, 2024-cü ilin fevralında isə əsas komandada debüt edib. O, cari mövsümdə altı matç keçirib və bir sarı vərəqə alıb. 21 yaşlı müdafiəçinin Kiyev klubu ilə müqaviləsi 2030-cu ilin dekabrına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 10 milyon avro qiymətləndirir. Taras Mixavko həmçinin Ukrayna milli komandasının formasını geyinir.

Qeyd edək ki, Kiyev "Dinamo"su Konfrans Liqasında "Qarabağ"ın rəqibidi. Komandalar arasında ötən həftə baş tutan ilk qarşılaşmada Taras Mixavko 90 dəqiqə meydanda olub.

Jalə Demokrat.az

D
demokrat.az