Sağlamlıq Özəl

Meteohəssaslıq mif deyil: Həkim havanın insan sağlamlığına təsirindən danışdı

Meteohəssaslıq mif deyil: Həkim havanın insan sağlamlığına təsirindən danışdı

Meteoasılılıq mif deyil, hava amillərinin bəzi insanların səhhətinə təsirinin elmi olaraq sübut edilmiş formasıdır.

Demokrat.az xəbər verir ki, bunu "Kiyev 24" telekanalının efirində Kardiologiya və Ürək Cərrahiyyəsi Mərkəzinin kardioloqu Aleksandra Telequzova temperatur dəyişikliklərinin insanların sağlamlığına təsiri ilə bağlı sualı cavablandırarkən deyib.

"Meteoasılıq və meteohəssaslıq hansısa mif deyil. Bu, elmi cəhətdən sübut edilmiş termindir və göstərir ki, bəzi insanlar səhhətlərinin dəyişməsinə və xroniki xəstəlikləri olduqda müəyyən vəziyyətlərin kəskinləşməsinə daha çox meyillidirlər. Bu, hava və təbiətlə bağlı bir sıra amillərdən birbaşa asılıdır", deyə o bildirib.

Söhbət ilk növbədə atmosfer təzyiqi, rütubət, güclü külək və küləyin kəskin şiddətlənməsi, eləcə də digər göstəricilərdən gedir. Bundan əlavə, havanın vəziyyəti miqrenə səbəb ola və ya xroniki xəstəlikləri kəskinləşdirə bilər.

"İstidən güclü küləyə, doluya, temperaturun azalmasına və daha sonra yenidən yüksəlməsinə qədər kəskin dəyişikliklərdən danışarkən bunu belə müqayisə etmək olar: sanki ürəyimiz iki növbədə işləyir", deyə Telequzova bildirib. O, burada xüsusilə qan damarlarının fəaliyyəti və elektrolitlərə təsirin nəzərdə tutulduğunu açıqlayıb.

Həkim həmçinin qeyd edib ki, hətta sağlam insanlarda da isti hava zamanı taxikardiya, başgicəllənmə və baş ağrısı yarana bilər.

Havanın təsirinin digər təzahürləri arasında arterial təzyiqin yüksəlməsi, artroz və artritin kəskinləşməsi də ola bilər.

Jalə Demokrat.az

D
demokrat.az