Yeni mövsüm öncəsi "Qalatasaray"da transfer çalışmaları sürətlənib.
Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi hücum xəttini gücləndirmək üçün Rafael Leao və Qabriel Martinellini gündəminə alıb.
"Qalatasaray"ın əsas hədəfinin Rafael Leao olduğu bildirilir. "Milan"ın portuqaliyalı futbolçu üçün 50 milyon avro tələb etdiyi və bu məbləğdə güzəştə getmədiyi qeyd olunur. Buna baxmayaraq, İstanbul klubu transferi reallaşdırmaq üçün danışıqları davam etdirmək niyyətindədir.
Leao ilə anlaşma mümkün olmasa, "Qalatasaray"ın "Arsenal"da çıxış edən Qabriel Martinelliyə yönələcəyi bildirilir. Türkiyə mətbuatının yazdığına görə, klub braziliyalı hücumçu üçün 40 milyon avroya qədər büdcə ayırmağa hazırdır.
"Qalatasaray" rəhbərliyinin bu iki futbolçudan birini heyətə qatmaqla transfer çalışmalarına dair azarkeşlərin narazılığını azaltmaq istədiyi vurğulanır.


Demokrat.az


