Maraqlı Özəl

İnfarkt riskini azaltmağın sadə yolu: Nə etmək lazımdır?

İnfarkt riskini azaltmağın sadə yolu: Nə etmək lazımdır?

Cəmi 30 dəqiqəlik gündəlik fiziki aktivlik infarkt riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətindən (Rospotrebnadzor) məlumat verilib.

Qurumun məlumatına görə, müntəzəm fiziki məşqlər sağlamlığı möhkəmləndirir, 2-ci tip diabet, hipertoniya və piylənmənin inkişaf riskini azaldır.

"İstər 30 dəqiqəlik gündəlik fiziki aktivlik belə infarkt riskini əhəmiyyətli dərəcədə azalda, çəkini və qanda xolesterinin səviyyəsini normallaşdıra bilər", deyə "Rospotrebnadzor"dan vurğulayıblar.

Qurum qeyd edib ki, bunun üçün mütləq idman zalına getmək lazım deyil. Piyada gəzmək, pilləkənlə qalxmaq, uşaqlarla oynamaq və ya sevdiyiniz musiqinin sədaları altında rəqs etmək kifayətdir.

Bundan əvvəl Çin Ənənəvi Tibb Universitetinin Şandunq Universitetindən olan alimləri müəyyən ediblər ki, ürək tutması riski yalnız həddindən artıq gec yatmaqla deyil, çox erkən yatmaqla da artır. 10 ildən çox davam edən araşdırmada 40 yaşdan yuxarı 4 578 yetkin iştirak edib. Məlum olub ki, orta xronotipə malik insanlarla müqayisədə "torağayların" infarkt riski 50%, "bayquşların" isə 40% daha yüksəkdir.

Jalə Demokrat.az

D
demokrat.az