İdman Özəl

İkardidən gözlənilməz qərar: "Qalatasaray"ın vida mərasiminə qatılmayacaq

İkardidən gözlənilməz qərar: Qalatasarayın vida mərasiminə qatılmayacaq

"Qalatasaray"ın Mauro İkardi üçün planlaşdırdığı vida mərasimi baş tutmaya bilər.

Demokrat.az xəbər verir ki, "Vilyarreal"la keçiriləcək yoldaşlıq oyununa dəvət olunan argentinalı ulduzun kluba müsbət cavab vermədiyi, ayrılıq prosesi ilə bağlı incik olduğu üçün məzuniyyətini davam etdirdiyi bildirilir.

"Qalatasaray" yollarını ayırdığı Mauro İkardini vida mərasimi üçün kluba dəvət etsə də, futbolçudan hələlik cavab almayıb.

Klub prezidenti Dursun Özbək ötən həftə Divan Şurasının iclasında bu barədə danışaraq demişdi:

"Mauro İkardi bizim üçün çox dəyərli futbolçudur. Onun klubumuza göstərdiyi xidmətlər heç vaxt unudulmamalıdır. O, simvol futbolçularımızdan biridir. Onun üçün vida mərasimi planlaşdırmışıq və dəvəti özünə çatdırmışıq",

Məlumata görə, sabah "Vilyarreal"la keçiriləcək hazırlıq oyununa dəvət edilən Mauro İkardi klubun dəvətinə müsbət cavab verməyib. Ayrılıq prosesi ilə bağlı narazılığı davam edən argentinalı hücumçu yeni klubunu da hələ müəyyənləşdirməyib. Hazırda o, sevgilisi ilə birlikdə məzuniyyətini davam etdirir.

Jalə Demokrat.az

D
demokrat.az